Dünya bazarlarında neft qiymətləri bahalaşır

img

25-01-2021 [16:49]


Dünya bazarlarında neft qiymətləri səhərki azalmanın ardından günortadan sonra artmağa başlayıb.

“Prime” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:12-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,58 % artaraq bir barel üçün 55,56 ABŞ dollarına, mart fyuçersləri isə 0,63 % bahalaşaraq 55,76 ABŞ dollarına çatıb. WTI markalı mart fyuçerlərinin dəyəri 0,71 % artaraq bir barel üçün 52,66 ABŞ dolları təşkil edib.

İnvestorlar İraqda neft istehsalında azalma olması ilə bağlı xəbərlərə diqqət yetirib. Qeyd olunur ki, ölkə OPEC+ sazişi üzrə ötən il kvotaları pozduğundan bu ilin ilk ayında hasilatı azaldıb əvvəlki izafi istehsalı kompensasiya etmək niyyətindədir.

Eyni zamanda bazarlarda hələ də çoxistiqamətli qiymət dəyişikliyinə səbəb olan ziddiyyətli amillər üstünlük təşkil edir. Belə ki, sərmayəçilər fevralda Çində Ay təqviminə görə Yeni ilin qeyd edilməsinin koronavirusa yoluxanların sayında artıma səbəb ola biləcəyini istisna etmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı