Ev şəraitində hazırlanan mürəbbələrdən serfitikat tələb olunacaq? - AQTA-dan yayılan məlumatlara reakisya
İQTİSADİYYAT
Bugün, 09:27
"Medianın diqqətinə: Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir. Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin təkrar edirəm ki, hansısa serfitikat tələbi yoxdur".
Mia.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov açqlayıb.
Onun sözlərinə görə, əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq:
"Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub"
Mətbuat katibi bildirib ki, AQTA tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir:
"Aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57 %-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 %-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır".
Əhməd
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə müxalif bələdiyyəyə qarşı növbəti əməliyyat: 9 nəfər saxlanıldı
Bugün, 10:22 DÜNYA
-
PREZİDENT DAHA BİR 3 İLLİK DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ: nələr olacaq?
Bugün, 10:12 İQTİSADİYYAT
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən "Azəri Med"lə bağlı sərt qərar
Bugün, 10:05 İQTİSADİYYAT
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir? - SİYAHI
Bugün, 10:02 SİYASƏT
-
"Qalatasaray" müğənnidən bir milyon avro tələb etdi - Tarkan geri çəkildi
Bugün, 09:39 ŞOU-BİZNES
-
Azərbaycan nefti bir dollara yaxın bahalaşdı
Bugün, 09:31 İQTİSADİYYAT
-
Ev şəraitində hazırlanan mürəbbələrdən serfitikat tələb olunacaq? - AQTA-dan yayılan məlumatlara reakisya
Bugün, 09:27 İQTİSADİYYAT
-
ABŞ-da dünyanı heyrətləndirən hadisə - FTB agentlərinin şəxsi məlumatları oğurlanıb
Bugün, 09:14 DÜNYA
-
Türkiyə və Britaniya XİN başçıları müzakirə aparıb - FOTO
Bugün, 09:09 DÜNYA
-
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda: "Biz əməkdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik"
Bugün, 09:00 GÜNDƏM
-
"ƏRDOĞAN QIRILMAZDIR, ONUNLA ƏLLƏŞMƏYƏ DƏYMƏZ" - Tramp Körfəz ölkələri liderləri ilə görüşdə Türkiyə lideri haqda elə şeylər dedi ki...
Bugün, 00:22 GÜNDƏM
-
ABŞ-İRAN RƏSMİLƏRİ NYU-YORKDA 3 SAATLIQ GİZLİ GÖRÜŞ KEÇİRDİ: "Çox əla müzakirə oldu, onlar niyə razılaşmır, bunu başa düşmürəm"
Bugün, 00:08 GÜNDƏM
-
Polşa böyük müharibəyə hazırlaşır? - XİN başçısı "ərzaq ehtiyatı toplamışıq" deyir
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
AZƏRBAYCAN və İRAN XİN BAŞÇILARI NYU-YORKDA BİR ARADA: nələr müzakirə edildi?
22.09.2026, 23:32 GÜNDƏM
-
Ərdoğan BMT kürsüsündən dünyaya səsləndi: "Mahmud Abbas burada niyə yoxdur?"
22.09.2026, 23:19 GÜNDƏM
-
Azərbaycanın İrandakı səfirliyi məlumat yaydı - Ölkəyə qayıtmaq istəyənlər üçün...
22.09.2026, 23:17 GÜNDƏM
-
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22.09.2026, 23:08 İQTİSADİYYAT
-
Əmrullayev əmr imzaladı - Bakıda universitetlər distant təhsilə keçdi
22.09.2026, 20:40 GÜNDƏM
-
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək
22.09.2026, 20:36 GÜNDƏM
-
AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)
22.09.2026, 19:50 GÜNDƏM
-
Türkiyənin ən güclü partiyası: növbəti sorğunun nəticələri açıqlandı
22.09.2026, 18:03 SİYASƏT
-
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
22.09.2026, 17:49 CƏMİYYƏT
-
Netanyahu Məmdanini hədələdi: "Səni ifşa etməyə gəlirəm"
22.09.2026, 17:44 DÜNYA
-
Baş nazir: "Əgər Rusiya bizə hücum edərsə..."
22.09.2026, 17:30 GÜNDƏM
-
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırıldı - SİYAHI
22.09.2026, 17:26 CƏMİYYƏT
-
“Nargin: Saralmış kədər” - Tarixi Nəsr və İctimai Yaddaş
22.09.2026, 17:18 MƏDƏNİYYƏT
-
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22.09.2026, 17:12 GÜNDƏM
-
Türkiyə ordusunun generalı Bakıya gəlib
22.09.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.2026, 16:52 KRİMİNAL
-
ABŞ Prezidenti: "Qorxaqlar və xainlər..."
22.09.2026, 16:27 DÜNYA
-
Bakı sakini 40 kiloqram narkotiklə tutulub
22.09.2026, 16:14 KRİMİNAL
-
Cavanşir Quliyevdən Alim Qasımovla Üzeyirin duetinə reaksiya: “İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir"
22.09.2026, 16:06 MƏDƏNİYYƏT