Latviya klubu futbol matçına 8 oyunçu ilə çıxıb - Oyun sona 30 dəqiqə qalmış dayandırılıb

img

26-11-2020 [17:24]


Latviya çempionatında maraqlı hadisə baş verib.

Məlumata görə, "Dauqavpils" klubu "Valmiera" ilə səfər matçına 8 futbolçu ilə çıxıb.

Buna qonaq komandanın heyətində bir çox oyunçunun koronavirus testinin müsbət nəticə verməsi səbəb olub. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün kollektiv meydana 4-3-0 taktiki sxemi ilə daxil olub.

Buna baxmayaraq rəqibinə layiqli müqavimət göstərən "Dauqavpils" 70-ci dəqiqəyədək qapısından cəmi 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakimin görüşü vaxtından əvvəl bitirib.

Qeyd edək ki, "Dauqavpils" 25 turdan sonra 20 xalla 10 komanda arasında 8-cidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA