MN: "Ermənistan silahlı qüvvələrinin 2 taborunun mövqeləri dağıdılıb" - Düşmən ağır itkilər verib

MN: "Ermənistan silahlı qüvvələrinin 2 taborunun mövqeləri dağıdılıb" - Düşmən ağır itkilər verib

GÜNDƏM

29.09.2020, 23:10

Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR