"Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq

"Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq

İDMAN

22.09.2020, 21:24

İngiltərə Liqa Kubokunda bu günə nəzərdə tutulan "Leyton Oriyent" - "Tottenhem" oyunu baş tutmayacaq.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın futbolçuları arasında koronavirusa kütləvi yoluxma halı səbəb olub.

İddiaya görə, aşağı liqa təmsilçisinin 10-dan çox oyunçusunda infeksiya aşkarlandığı üçün görüş ləğv olunub. 

Premyer Liqadakı sıx qrafik səbəbindən matçın başqa tarixə keçirilməsi mümkün olmadığından "Leyton Oriyent"ə texniki məğlubiyyət veriləcəyi, "Tottenhem"in isə növbəti mərhələyə adlayacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürməli idi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR