Nazirin müşavirindən məktəblərin bağlanacağı xəbərinə reaksiya: "Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq"

Nazirin müşavirindən məktəblərin bağlanacağı xəbərinə reaksiya: "Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq"

GÜNDƏM

27.10.2021, 11:12

Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.

Mia.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddiaların həqiqəti nə dərəcədə əks etdirməsinə münasibət bildirib

O deyib ki, hazırda belə qərar yoxdur: "Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR