Akar Ermənistana qondarma soyqırım iddiaları ilə bağlı müraciət edib

Akar Ermənistana qondarma soyqırım iddiaları ilə bağlı müraciət edib

DÜNYA

22.04.2021, 14:37

“Əgər Ermənistan rəhbərliyi, sülhə investisiya qoymağı seçsələr, Türkiyənin Ermənistana göndərdiyi mesajı dinləsələr, bütün bölgə üçün yüksək səviyyədə siyasi və iqtisadi mənfəətlər olacaq".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki,  ABŞ, kimi müttəfiq ölkələr də daxil olmaqla, Türkiyə, yeni bir tarixi mübahisənin anlaşılmasını təmin etmək üçün kömək etməyə çalışır: "Aydındır ki, seçimimiz ilk alternativdir. Çünki yalnız o zaman 1919-cu ildə General Harbordun bildirdiyi kimi tarix boyu həmrəylik və birgəyaşayış ehtimalı bir daha ortaya çıxa bilər. Yalnız bundan sonra Harbordun missiyası həqiqətən bitəcək”.

Akar Ermənistana qondarma soyqırım iddiaları ilə bağlı da irad tutub. Bildirib ki, Ermənista hələ də bu barədə arxivlərini gizlədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR