Çində Fişəng fabriki partlayıb - 21 nəfər ölüb, xəsarət alanlar var

Çində Fişəng fabriki partlayıb - 21 nəfər ölüb, xəsarət alanlar var

DÜNYA

Bugün, 08:22

Çinin cənubunda yerləşən Hunan əyalətində fişəng fabrikində partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partlayış nəticəsində 21 nəfər həlak olub, 61 nəfər isə müxtəlif drəcəli xəsarətlər alıb.

“Xinhua” agentliyi yazır ki, partlayış dünən axşam saatlarında baş verib: “Hadisə topdansatış anbarında yaşanıb. Hadisədən dərhal sonra əraziyə yanğınsöndürmə və təcili yardım qrupları göndərilib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. İtkin düşənlər var”

Çin prezidenti Si Cinpin baş verənlərə görə ölənlərin ailələrinə baş sağlığı verib. O, yerli hökumətləri və müvafiq qurumlarını qəzadan dərs çıxarmağa və iş yerində təhlükəsizlik tədbirlərini artırmağa çağırıb.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR