"Tofiq Yaqublunu mərd Azərbaycan kişisi kimi tanıyıram..." - Zeynəb Xanlarova İlham Əliyevə müraciət etdi
SİYASƏT
17.09.2020, 18:39
Xalq artisti, keçmiş millət vəkili Zeynəb Xanlarova Prezident İlham Əliyevə müraciət edərək Qarabağ qazisi Tofiq Yaqublunu azad etməyi xahiş edib.
Mia.az onun müraciətini olduğu kimi təqdim edir:
Cənab Prezident, Hörmətli İlham müəllim!
Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun dövlətimiz, xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq dövlətimiz, millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz.
Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AĞ EVDƏ QAPALI TOPLANTI - İrana qarşı hücum variantları nəzərdən keçirilir?
Bugün, 00:35 GÜNDƏM
-
Türk klubundan Messiyə inanılmaz təklif: ilə 50 milyon avro maaş... - ATASI ƏNGƏL OLUB!
Bugün, 00:25 İDMAN
-
Özgür Özəl İstanbulun bələdiyyələrini bir-bir "ovlayır" - Ahmet Özer də Yeni Partiyaya "hə" dedi
Bugün, 00:14 SİYASƏT
-
Maliyyə Nazirliyi yoxladı və... - XİDMƏT RƏHBƏRİ VƏZİFƏDƏN AZAD OLUNDU
Bugün, 00:10 CƏMİYYƏT
-
Vasif Talıbovun qardaşı məhkəməlik oldu - Keçmiş həyat yoldaşı ilə əmlak mübahisəsi yaranıb
Bugün, 00:07 CƏMİYYƏT
-
"Qalatasaray"ın "Konyaspor"a qarşı matçı: heyətlər açıqlandı
Bugün, 00:02 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında - FOTOLAR
29.10.2026, 23:34 MƏDƏNİYYƏT
-
"Şəkillərə baxıram, Türkiyəni söyənlər lap qabaqdadır ki..." - Səfirliyin təşkil etdiyi tədbir birmənalı qarşılanmadı
29.10.2026, 22:55 SİYASƏT
-
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb -FOTOLAR
29.10.2026, 22:42 MƏDƏNİYYƏT
-
Axtarışda olan azərbaycanlı Almaniyada tutuldu
29.10.2026, 21:19 KRİMİNAL
-
Xalq artisti Zaur Rzayev vəfat edib - Mədəniyyət Nazirliyi nekroloq yayıb (Yenilənib)
29.10.2026, 20:56 MƏDƏNİYYƏT
-
MAAŞ HESABININ BAŞQA BANKA KÖÇÜRÜLMƏSİ, CƏRİMƏDƏN TUTULAN FAİZ... - Mərkəzi Bank sədri ilə ekspertlərin görüşündə daha nələr müzakirə olunub?
29.10.2026, 20:13 İQTİSADİYYAT
-
Kapadokiyada peri bacası çöküb - 3 nəfər ölüb + FOTOLAR
29.10.2026, 20:13 DÜNYA
-
Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb - FOTOLAR
29.10.2026, 19:56 MƏDƏNİYYƏT
-
Avropa Mərkəzi Bankı da faiz qərarını açıqladı
29.10.2026, 18:05 İQTİSADİYYAT
-
"Azərbaycanın ideoloji kimliyini, suverenliyini, dövlət müstəqilliyini və..." - Zahid Oruc
29.10.2026, 17:50 SİYASƏT
-
Bir vaxtlar tənqid etdiyi futbolçular zənginə cavab vermir - Sergen Yalçın çıxılmaz vəziyyətə düşüb
29.10.2026, 17:33 İDMAN
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə kədərləndirdi"
29.10.2026, 17:31 GÜNDƏM
-
İran Prezidenti: "Qonşu ölkələrlə birgə bölgəmizin təhlükəsizliyini təmin edə bilərik"
29.10.2026, 17:22 DÜNYA
-
AAYDA-da Kamran Kərimbəyova yeni vəzifə verilib
29.10.2026, 17:22 CƏMİYYƏT
-
İsraildə seçki: səslərin 93 faizindən çoxu sayılıb - Ərəb partiyaları tarix yazdı
29.10.2026, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
29.10.2026, 17:00 İQTİSADİYYAT
-
Ceyranbatanda şagirdlər kütləvi zəhərlənib
29.10.2026, 16:50 CƏMİYYƏT
-
REAL TV-nin ƏMƏKDAŞINI DÖYƏN 3 NƏFƏR TUTULUB
29.10.2026, 16:29 GÜNDƏM
-
Ərdoğan Mirziyoyevlə görüşdü - Ankarada
29.10.2026, 16:17 GÜNDƏM
-
Azərbaycanı TDT-nin Zirvə görüşündə XİN başçısı təmsil edəcək
29.10.2026, 16:07 GÜNDƏM
-
"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA..." - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi
29.10.2026, 15:55 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
29.10.2026, 15:42 GÜNDƏM
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
29.10.2026, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
29.10.2026, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
29.10.2026, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
29.10.2026, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
29.10.2026, 14:34 İQTİSADİYYAT