"Tofiq Yaqublunu mərd Azərbaycan kişisi kimi tanıyıram..." - Zeynəb Xanlarova İlham Əliyevə müraciət etdi
SİYASƏT
17.09.2020, 18:39
Xalq artisti, keçmiş millət vəkili Zeynəb Xanlarova Prezident İlham Əliyevə müraciət edərək Qarabağ qazisi Tofiq Yaqublunu azad etməyi xahiş edib.
Mia.az onun müraciətini olduğu kimi təqdim edir:
Cənab Prezident, Hörmətli İlham müəllim!
Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun dövlətimiz, xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq dövlətimiz, millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz.
Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Sabah”ın Akademiyasına seçimlər başladı
02.05.2026, 23:22 İDMAN
-
“Qarabağ” neftçilərə borcunu geri qaytardı - Təxirə salınan oyunun mükafatı 3 xal oldu
02.05.2026, 23:12 İDMAN
-
Ağcabədi ər arvadını baltaladı
02.05.2026, 18:02 KRİMİNAL
-
Azərbaycan üçün əsas prinsip və ya Avropa Parlamentinin "qazanı qaynatmaq" cəhdi... - TƏHLİL
02.05.2026, 16:30 SİYASƏT
-
İt əl çəkdi, motal əl çəkmədi: Avropa Parlamenti və geosiyasi ikili standartlar - TƏHLİL
02.05.2026, 16:22 GÜNDƏM
-
Azərbaycan xüsusi təyinatlıları "EFES - 2026"da: döyüş ssenariləri üzrə təlim + VİDEO
02.05.2026, 16:18 GÜNDƏM
-
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
02.05.2026, 15:59 GÜNDƏM
-
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
02.05.2026, 14:59 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
02.05.2026, 12:45 CƏMİYYƏT
-
Bakı - Təl-Əviv uçuşları bərpa olunur
02.05.2026, 11:38 CƏMİYYƏT
-
Ucuz mebel elanı - 40 nəfəri aldadan şəxs tutulub
02.05.2026, 11:17 KRİMİNAL
-
Azərbaycan nefti 119 dollara endi
02.05.2026, 10:46 İQTİSADİYYAT
-
AHİK-in keçmiş sədrinin oğlu Dubaydan yeni mənzllər alıb - SƏNƏD
02.05.2026, 10:42 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ olub
02.05.2026, 10:34 GÜNDƏM
-
"Ermənipərəst dairələr kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar" - MM-dən bəyanat
02.05.2026, 10:20 SİYASƏT
-
Xarici diplomatlar Şuşaya gedib
02.05.2026, 09:38 GÜNDƏM
-
Aygün Kazımovaya nə olub? - Konsert təxirə salındı
02.05.2026, 09:07 ŞOU-BİZNES
-
Zərərçəkən keçmiş partiya sədrinin məhkəməsində: "Onunla görüşəndə məndən xahiş etdi ki..."
02.05.2026, 01:03 SİYASƏT
-
Daha bir keçmiş mətbuat katibinə AHİK-də vəzifə verildi
02.05.2026, 00:05 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02.05.2026, 00:02 MƏDƏNİYYƏT
-
İran Hörmüz boğazında şok həmləyə hazırlaşır – Dənizə minalanmış delfinlər buraxılacaq?
01.05.2026, 23:59 GÜNDƏM
-
Tramp İranın son sülh təklifindən də razı qalmadı: "Seçim aydındır: ya razılaşacaqlar, ya da dağıdıcı müdaxiləyə əl atacağıq”
01.05.2026, 23:26 GÜNDƏM
-
İranda 14 hərbçi həlak oldu
01.05.2026, 23:22 DÜNYA
-
Agentliyə sədr təyin olunub
01.05.2026, 23:05 GÜNDƏM
-
Sən nə həyasız adamsan?! - Seymur Verdizadə yazır
01.05.2026, 22:03 YAZARLAR
-
Keçmiş spiker Oqtay Əsədov bu vəzifədən də getdi - İcra başçısının oğlu onun yerini tutdu (FOTOLAR)
01.05.2026, 21:54 İDMAN
-
Kənd Təsərrüfatı Nazirliyində yeni mətbuat katibi təyinatı olub
01.05.2026, 18:49 PRESS
-
İranın Ali dini lideri Körfəz ölkələrini hədələyib
01.05.2026, 18:21 DÜNYA
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - Mayın 3-dən + SİYAHI
01.05.2026, 18:06 CƏMİYYƏT
-
Aprelin 5-dəki buraxılış imtahanının nəticələri elan olunub - 8 nəfər 300 bal toplayıb
01.05.2026, 17:52 GÜNDƏM
-
Səxavət Məmmədzadə Naxçıvan Xəstəxanasının direktoru təyin olundu
01.05.2026, 17:51 CƏMİYYƏT
-
Prezidentin köməkçisindən Avropa Parlamentinin qərarına - REAKSİYA
01.05.2026, 17:33 SİYASƏT
-
Ceyhun Bayramov Abbas Əraqçi ilə telefonla danışıb
01.05.2026, 17:21 SİYASƏT
-
Saleh Məmmədov getdi, Vüsal Nəsirli gəldi - Ara yerdə idmançılar maaşsız qaldı
01.05.2026, 17:16 İDMAN