Dərman qaçaqmalçılığında təqsirləndirilən dəstənin məhkəməsi başlayır

img

14-09-2020 [10:46]


Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirləndirilən şəxslərin cinayət işiü zrə ibtidai istintaq başa çatıb.

Cinayət baxılması üşün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fikrət Qəribovun icraatına verilib.

Qeyd edək ki, "Aeterna Farm" MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu, Qədirov Xəqani Dilqəm oğlu və Qədirov Vüqar Dilqəm oğlu dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsində təqsirləndirilirlər.

Onlara Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 200-1.2.3-cü (eyni əməllər külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR