Əli Əsədov daha bir qərar imzalayıb

img

26-04-2024 [16:03]


Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”ni təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) barədə məlumatları dövlət torpaq kadastrına daxil etsin və həmin torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR