Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
26-04-2024 [13:17]
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmədə çıxış edən general deyib ki, onu general olduğuna görə həbs ediblər.
Onun sözlərinə görə, məqsəd də “Tərtər işgəncələri” olayında zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub: “Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq…
Mən heç kimə pislik eləməmişəm. Adamı tutanda da kişi kimi tutarlar. Ailə üzvlərim müdafiə nazirinin qəbulunda olub. Deyib ki, “mən də bilirəm, Bəkir Orucovun günahı yoxdur, amma əlimdən heç nə gəlmir, ona kömək edə bilmirəm”. Generala bunu eləyirlərsə, görün, adi əsgərin başına nələr gətirərlər”.
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. B.Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır.
O dövrdə Tərtərdəki korpusun komandanı Hikmət Həsənov, Beyləqan korpusunun komandanı Mais Bərxudarov olub. B.Orucov da Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışırmış.
Beyləqandakı olaylar da bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda B.Orucov və həmin olaylarda ittiham olunan daha dörd nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə mühakimə olunan dörd nəfərdən ikisi – korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum edilib. Digər iki nəfərə – Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib.
Adları çəkilən beş nəfərin heç biri özünü təqsirli bilmir, hökmü ədalətsiz sayır. Onların hamısı apellyasiya şikayəti verib. Hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb