Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)

img

01-05-2024 [16:41]


Bakının Nizami rayonu, M.X. Şərifli küçəsi 74, mənzil 72 ünvanında yaşayan Abbasov Elçın Məhəmməd oğlu Mia.az vasitəsi ilə paytaxtın icra başçısı Eldar Əzizova yerli məmurların özbaşınalığından şikayətlənib.

O, sayt vasitəsi ilə Eldar Əzizova üz tutaraq, deyib ki, problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin "Qaynar xətti"nə məlumat versə də, şikayətinə məhəl qoyulmayıb: 

"Deməli, Nizami rayonu Şərifli küçəsində yeni hündürmərtəbəlii bina tikilib. Hmin binanın sahibi oradakı mənzillərin sahibləri üçün nəzərdə tutulan onlarla zibil qutularını yerlərindən götürərək, düz bizim evin qənşərinə qoydurub. Təbii ki, bu, "elə-belə" edilməyib. Sizcə, burada balaca bir daşı yerli məmurların icazəsi olmadan yerindən tərpətmək və ya başqa daşın üstə qoymaq mümkündürmü? Təbii ki, yox!.

İndi bu işbazlar zibil qutularını düz bizim evin qarşısına qoymaqla rahat yaşayışımızı pozublar. Artıq indidən bayır bir yana, heç evimizdə də rahat nəfəs ala bilmirik. Yaxşı, bəs yayda nə edəcəyik? Pəncərəmizi necə açaq, necə evin havasını dəyişək?

Sizdən xahiş edirik, zibil qutularının ya əvvəlki yerinə, ya da başqa yerə köçürülməsi üçün buradakı "işbaz məmurlar"a göstəriş verin...!".

***

Rayon icra Hakimiyyətindən 26 aprel tarixində Mia.az-da dərc olunan yazıya bu gü n - 1 mayda belə cavab verilib:

"Məlumat üçün bildiririk ki, rayon ərazisində əmələ gələn bərk məişət tulantılarının daşınmasını 01.06.2020-ci il tarixdən etibarən "Kommunal Xidmətlər Müəssisəsi" MMC tərəfindən həyata keçirilir.

Qeyd edilən məsələ ilə bağlı, adıçəkilən MMC-nin nümayəndəsi sözügedən ünvanda yerləşən məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş konteynerlərin yerinin dəyişdirilməsi səbəbinə aydınlıq gətirərək, konteynerlərin ətrafında avtomobillərin parklanaraq tullantıların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışına maneə yaratdığı üçün konteynerlərin yerinin dəyişdirildiyi bildirilmişdir. Lakin qeyd olunan hal sakinlərin narazılığına səbəb olduğu üçün sözügedən konteynerlər əvvəlki yerinə qaytarılmışdır".

Samir Musayev

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR