Blinken İsrailə gəlir - Qəzzadakı son "qala"ya hücum planı müzakirə olunacaq

img

26-04-2024 [14:45]


ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, gələn həftə baş tutacaq səfərdə məqsəd İsrail ordusunun 1.5 milyon insanın sığındığı və fələstinlilərin son qala saydığı Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi müzakirəsi ilə yerində tanış olmaqdır.

İsrailin dövlət televiziyası KAN yayılan xəbəri təsdiqləyib: "Blinkenin aprelin 30-da İsrailə səfər edəcək"

Qeyd olunub ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona 7-ci səfəri olacaq.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR