İranda terrorçuların maşını PUA ilə vurulub: 2 nəfər öldürülüb - FOTO

img

26-04-2024 [09:26]


İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri terrorçulara qarşı PUA-dan istifadə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, vilayətin “Şuru” bölgəsində terror təşkilatı üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən PUA ilə vurulub: "Nəticədə maşında olan iki terrorçu öldürülüb...".

Xəbərdə “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduğu bildirilməyib.

Qeyd edək ki, İranın cənub-şərqində - Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistanda tez-tez silahlı və bombalı hücumlar olur və bunların hamısının məsuliyyətini də “Ceyşul Ədl” adlı təşkilat öz üzərinə götürür.

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR