Türkiyə Ali Məhkəməsinə sədr seçimi müşkilə çevrilib - 26-cı seçki olacaq

img

26-04-2024 [09:37]


Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) sədri Mehmet Akarcanın 4 illik səlahiyyət müddəti başa çatsa da, qeyd edilən məhkəmə qurumu özünə yeni sədr seçə bilmir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün 25-ci dəfə hakimlər səsverməyə gedib.

Məlumata görə, bu dəfə də namizədlərdən heç biri səs çoxluğu əldə edə bilməyib. 

Seçkilər aprelin 29-da keçiriləcək 26-cı turla davam edəcək.

Namizədlər isə Mehmet Akarca,  Ömər Kerkez və Muhsin Şentürkdür.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR