"Bir də görürsən gəldi, itlərim hürüşür, görürəm hündür, ayaq nə boyda..." - Salyana qorxu saçan kimlərdir? + VİDEO
11-09-2020 [10:14]
Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxslər əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar.
Mia.az xəbər verir ki, ARB Xəbər komandası məsələ ilə bağlı geniş sujet hazırlayıb.
Güldəstə Əzizova - Sakin: "60 ildir bu kənddə yaşayıram, 80 yaşım var. Mən bu qədər qorxu ilə yaşamamışam. Bir də görürsən gəldi, itlərim hürüşür, çıxıram çölə görürəm hündür, ayaq nə boyda. Neçə dəfə qovulub, şiferin üstündə gəzib narahat edir nəvəmi-nəticəmi, körpə uşaqlarımı. Yaşaya bilmirik. Qorxu içində yaşayırıq".
Pərvanə Qaçayeva - Sakin: "Gecə uşağım gəlib bura. Görüb ki, qara maskalı adam, papağı da var. Uşağımın üstünə hücum çəkib, armatur qaldırıb. Həyətdə uşaq olub, qışqırıb. Uşağımın səsi batıb".
Xəyal Əzizov - Sakin: "Axşam saatlarında pəncərədən baxarkən həyətimdə səs eşitdim və düşdüm aşağı. Aşağı düşərkən həyətdən kimsə qaçdı. Mən də arxasınca düşdüm. Evimizə girdi, görə bilmədim. Saman damına girdim, qapını açanda gördüm, arxasınca dəmir atdım. Qara paltarda, qara şalvar, qara qollu köynəkdədir, əlində qara əlcək, sifətində də maskası var".
Kənan Qaçayev - Sakin: "Mən əlimi yumağa gəlmişdim, gördüm ki, əyilib. Əlində də mismar çıxaran dəmir armature vardı. Gəldi məni vurdu, sonra tutdu boğazımdan. Qaçdım arxaya, çığırdım ki, gəlsinlər. Qonşular gəlincə yoxa çıxdı. Özümü itirdim, qorxdum, huşumu itirdim".
Artıq bir həftədir ki, Xıdırlı kəndinin camaatı axşam saat 8-dən sonra yuxu görməsələr də, amma onlara yuxu kimi görünən hadisənin şahidi olurlar. Səhərədək qorxudan evində otura bilməyən sakinlər küçələrə axışır.
Həyəcan içində olan insaların kimisi dəyənək, kimisi ot yabası, kimisi isə bellə qaranlıq dalanları axtarır. Naməlum varlıqları görənlər qışqıraraq sakinləri səsləyir. Axtarışlar məhz bundan sonra intensivləşir. Sakinlərin bir qismi isə manyakları tutmaq üçün kəndin müxtəlif yerlərində pusqu quraraq gizlənir. Bir sözlə, Xıdırlı kəndi səhərədək adrenalin dolu gecə yaşayır.
Məsələdən xəbərdar olan rayon icra nümayəndələri də axşam saatlarında kəndə gedərək sakinlərlə görüşüb. Əraziyə artıq polis əməkdaşları da cəlb edilib.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)