Şirvandakı yanğında azyaşlı 2 qardaş tüstüdən boğuldu

img

30-08-2020 [10:14]


Şirvanda yanğın hadisəsi baş verib. 

Hadisə Şirvan şəhər Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yataqxanada qeydə alınıb.

Belə ki, yataxananın 3-cü mərtəbəsində anidən yanğın başlayıb. Hadisə yerinə gələn FHN-nin Şirvan yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğını söndürülməklə yanaşı, binada yaşayan sakinləri təhlükəsiz əraziyə təxliyyə edilib. Hadisə zamanı mənzil sahibi Pünhan Vəliyevin iki azyaşlı övladı - 2015-ci il təvəllüdlü Eldar və 2018-ci il təvəllüdlü Araz Vəliyev qardaşları tüstüdən zəhərlənib. 

Onlar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.  

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR