ELMAR MƏMMƏDYAROV İSTİNTAQA ÇAĞIRILMADIĞINI DEYİR: "Ölkədən getməyə yerim yoxdur, hazırda bağdayam..."

ELMAR MƏMMƏDYAROV İSTİNTAQA ÇAĞIRILMADIĞINI DEYİR:  "Ölkədən getməyə yerim yoxdur, hazırda bağdayam..." 

SİYASƏT

14.08.2020, 15:18

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR