Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifədən çıxarıldı - Zelenskidən yeni təyinat

Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifədən çıxarıldı - Zelenskidən yeni təyinat

DÜNYA

06.08.2020, 10:12

Ukrayna prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Vasiliy Burbanın vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Müvafiq sərəncam Ukrayna liderinin saytında dərc edilib.

Onun digər sərəncamı ilə bu vəzifəyə bu idarənin zabiti Kirill Budanov təyin edilib.

Dövlət başçısının aparatında bu qərar “işin yenidən qurulması və intensivləşdirilməsi, təhlükəsizlik məsələlərinin həlli ilə bağlı müasir yanaşmanın axtarışı və həyata keçirilməsinin zəruriliyi” ilə izah edilib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR