Səhiyyə xərcləri rekord səviyyədə artırılır - Azərbaycanda

img

04-08-2020 [18:12]


“Hazırda təqdim etdiyimiz büdcə layihəsində bəzi xərclərimiz artırılır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

“O cümlədən səhiyyə xərcləri rekord səviyyədə artırılır. Cari xərclərin artımı zənnimizcə müvəqqəti xarakter daşımalıdır. Koronavirus pandemiyası başa çatdıqdan sonra biz bundan çıxış dayaqlarımızı hazırlamalıyıq. Büdcə qaydası müvəqqəti dayandırılır. İndiki dövrdə biz bunu mütləq dayandırmalıyıq, çünki başqa yolumuz yoxdur”, - deyə o, qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA