ABŞ-da son sutkada koronavirusdan 540 nəfər ölüb -  45 mindən çox isə yoluxan var

img

04-08-2020 [15:37]


ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 368 yoluxma halı aşkarlanıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da son sutkada COVID-19-dan 540 nəfər ölüb.

ABŞ-da indiyədək 4 717 716 nəfər koronavirusa yoluxub, 155 mindən çox insan ölüb.

Xəstəlikdən sağalanların sayı 1.5 milyon nəfərdir/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR