“Elmar Məmmədyarovu işdən çıxarmaqla kifayətlənmək olmaz...” - Deputatdan sərt ittihamlar
16-07-2020 [15:56]
“Azərbaycan vətəndaşları olaraq, ölkə prezidentinin dünən müşavirədə söylədiyi bütün fikirlərlə həmrəyik və onu dəstəkləyirik”.
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirən deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi, iyul ayının 12-dən Ermənistanın Azərbaycana qarşı təcavüzünün ölkəmizin Silahlı Qüvvələri tərəfindən yüksək peşəkarlıqla qarşısı alınıb: “Azərbaycan Ordusu, igid əsgər və zabitlərimiz Ermənistana çox ağır, sarsıdıcı zərbələr endirdi. Ermənistan belə güman edirdi ki, bu qəfil və xain hücumla Azərbaycanın mövqelərini dağıdacaq, Azərbaycanın ərazisinə doğru irəliləyəcək. Digər tərəfdən isə Rusiyanı və müttəfiq olduğu KTMT-nin digər üzvlərini bu münaqişəyə cəlb edə biləcək. Lakin bunların heç biri olmadı. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlərlə düşmənə layiqli cavab verildi, dövlət başçısı bundan sonra da Ermənistana qətiyyətli cavab veriləcəyini bir daha diqqətə çatdırdı”.
F. Ağamalı vurğulayıb ki, ölkə Prezidenti Ermənistanın təcavüzünə son qoymaq və torpaqlarımızı işğaldan azad etməyə xidmət edən digər məqamlarla bağlı da fikirlərini bildirdi: “Azərbaycanın haqq işinin, ədalətli mövqeyinin və beynəlxalq hüquqa söykənən çağırışlarının dünya miqyasında reallaşması və beynəlxalq aləmdə Ermənistanın daha ciddi şəkildə ittiham olunması və təcavüzkar siyasətinin ifşa edilməsi baxımından diplomatik mübarizə ciddi önəm kəsb edir. Ölkə prezidentinin fəaliyyətinin bütün tərəflərində hücum diplomatiyası birmənalı şəkildə özünü göstərir. Lakin XİN-in fəaliyyətində hücum diplomatiyasının təzahürlərini görə bilmirik.
Xüsusi olaraq, Xarici İşlər naziri Elmar Məmmədyarovun uzun illərdən bəri fəaliyyətində ciddi nöqsanlara yol verməsi və hücum diplomatiyasında yer almaması, ölkə başçısının da qeyd etdiyi kimi kiminsə, xoşuna gəlmək üçün hətta düşmənə jestlər etməsi, Azərbaycanın milli maraqlarına uyğun addımlar atmaması çox böyük təəssüf doğurur. Təsadüfi deyil ki, ölkə başçısı bu məqamın üzərində xüsusi olaraq dayandı. Ən bağışlanmaz məqam bundan ibarətdir ki, ölkədə müharibə gedən vaxt Xarici İşlər nazirini tapmaq mümkün olmayıb.
Prezidentin tapşırığı ilə Baş Nazir onu axtaranda isə məlum olur ki, o, evindən işləyir. Onun evində hansı ciddi kommunikasiyalar var ki, XİN rəhbəri belə həssas məqamda işə gəlməyə ehtiyac görməyib. Hər halda onun rəhbərlik etdiyi nazirlikdən işləri idarə etməsi daha rahat olar, nəinki evindən?! Bu, əslində məsuliyyətsizlik deyil. Onu təkcə işdən çıxarmaqla kifayətlənmək olmaz. Elmar Məmmədyarov Azərbaycan qanunları qarşısında cavab verməlidir. Bu baxımdan ölkə prezidentinin bu çağırışları Azərbaycan xalqının dövlət maraqlarına tamamilə xidmət edir”.
Deputat qeyd edib ki, Türkiyə və Pakistan rəsmilərinə Prezident İlham Əliyevin təşəkkürü bütövlükdə Azərbaycan xalqının düşüncələrinin ifadəsi idi: “Digər tərəfdən, Ermənistanın üzv olduğu KTMT də bu məsələdə fərqli münasibətini ortaya qoydu və rəsmi İrəvan burada da uzun müddətdən bəri nəzərdə tutduğu, hazırladığı məkrli planı həyata keçirə bilmədi. Ölkə başçısı dünənki çıxışında həm də xalqımızın ordu ilə bərabər olduğunu konkret faktlarla göstərdi. İyulun 14-də çoxsaylı vətənpərvər gəncimizin Azadlıq meydanından keçərək Şəhidlər Xiyabanına yürüş etməsi və bu yürüşdə Ordumuza dəstək şüarları səsləndirməsi də ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda vətəndaşların bu nəcib təşəbbüsünün içərisinə soxulan antimilli qüvvələrin yaratmış olduğu xoşagəlməz vəziyyət də prezident tərəfindən ciddi şəkildə tənqid olundu. Bunun qarşısını almaq üçün ölkə başçısı müvafiq tapşırıqlarını da verib. Bu gün görünən odur ki, prezidentin də dediyi kimi, Azərbaycanda hələ də “5-ci kolon”un nümayəndələri aktivdir, onlara verilən tapşırıqları yerinə yetirməkdədir. Biz cəmiyyət olaraq, onlara qarşı daha ardıcıl, daha güclü mübarizə aparmalıyıq”.
Deputat ölkə prezidentinin iqtisadiyyatımızın ayrı-ayrı sahələri ilə bağlı səsləndirdiyi fikirlərin də mühüm əhəmiyyət kəsb etdiyini də bildirib: “Su ilə bağlı son aylarda ortaya çıxan çətinliklərin aradan qaldırılması üçün xüsusi proqramın işlənib hazırlanmasının zəruriliyi ilə bağlı tapşırıqlar müvafiq qurumların diqqətinə çatdırdı. Bir sözlə, ölkə Prezidentinin dünən Nazirlər Kabinetində keçirmiş olduğu müşavirə olduqca qətiyyətli iradənin ifadəsi idi”.
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir