RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"

RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: \"Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?\"

GÜNDƏM

Bugün, 15:59

"Əgər Litvaya nüvə silahı yerləşdirilərsə, o zaman o ölkənin ərazisi Rusiyanın nüvə silahları üçün qanuni hədəfə çevriləcək. Açıq deyək ki, bu vəziyyəti ciddi şəkildə gərginləşdirəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu xəbərdarlığı Kreml sözçüsü Dmitri Peskov Rusiyanın "Pervy Kanal" televiziya kanalına müsahibəsində edib.

O,  Litvanın konstitusiyasında nüvə silahına qoyulan qadağanı ləğv etmək niyyətinin qarşısıalınmaz gərginliyə yol açacağını deyib "Əgər ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, bu, kiməsə qarşı olmalıdır. Aydındır ki, bu, Qərbə qarşı deyil, Şərqə, yəni bizə qarşı olacaq. Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, biz niyə boş dayanmalıyıq ki?".

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR