58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
GÜNDƏM
11.09.2026, 16:26
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.
Mia.az xəbər verir ki, qonaqlara tikinti işlərinin cari mərhələsi və məscid layihəsinin xüsusiyyətləri barədə məlumat təqdim edilib.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri həmçinin regionda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olublar.
Şuşada yeni məscidin təməli 2021-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
***
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sentyabrın 11-də başlayan səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilir.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edir.
Xarici diplomatlar səfərin ilk günündə Xankəndi şəhərində olublar. Qonaqlar Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri tərəfindən qarşılanıblar.
Diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi şəhərində tikintisi aparılan Dəmir Yolu və Avtovağzal Kompleksində görülən işlərlə tanış olublar."Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı, diplomatlara ərazidə aparılan tikinti işləri barədə məlumat verib. Bildirib ki, Qarqar çayının sağ sahilində 6,4 hektar ərazidə inşa olunacaq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsi işlərinə başlanılıb.
Beşmərtəbəli kompleksin ərazisində iki dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur. Kompleksin dəmir yolu bölməsinin gündəlik 800-1000, avtovağzalın isə 1000-1200 sərnişinə xidmət göstərməsi planlaşdırılır. Kompleksin ərazisində çayətrafı bulvar, körpülər və perronaltı keçidlə yanaşı, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri, velosiped yolu və velosiped dayanacağı da yaradılacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası mühüm layihələrdən biridir.
Onun sözlərinə görə, kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Kompleks, həmçinin ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat səfər etməsində mühüm rol oynayacaq.
Qeyd edilib ki, ümumilikdə Ağdam-Xankəndi dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də digər zəruri infrastrukturun tikintisi planlaşdırılır.
Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Xətt üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icrası 2025-2026-cı illəri əhatə edir. Xüsusi nümayəndə Elçin Yusubov Xankəndidə ictimai nəqliyyat şəbəkəsinin də formalaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, yeni marşrut şəbəkəsi üzrə avtobus xətləri istifadəyə verilib və şəhər sakinləri həmin marşrutlardan rahat şəkildə istifadə edirlər.
Marşrut xətləri boyunca ümumilikdə 62 ünvanda dayanacaq məntəqəsi müəyyənləşdirilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşımalar elektrik avtobusları ilə həyata keçirilir.
Xankəndidə əhalinin mövcud tələbatı nəzərə alınaraq ilkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində quraşdırılmış ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Xüsusi nümayəndə qeyd edib ki, artıq Azərbaycanın müxtəlif şəhər və rayonlarından Xankəndiyə avtobus marşrutları açılır. Bu da əhalinin şəhərə rahat və mütəmadi gediş-gəlişinə imkan yaradır.
İki günlük səfər çərçivəsində xarici diplomatların Xankəndi, Xocalı və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf layihələri ilə tanış olması nəzərdə tutulur.
Diplomatik korpusun nümayəndələrinə sosial və iqtisadi infrastruktur layihələri, həmçinin tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat veriləcək.
Qeyd edək ki, bu, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.
***
Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar.
Mia.az Report-a istinadla xəbər verir ki, səfər zamanı diplomatlara aparılan tikinti işləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 2025-ci il iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
***
Bu gün Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Mia.az xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.
Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA Fatih Terimə vəzifə verdi
Bugün, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
Bugün, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
Bugün, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
Bugün, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
Bugün, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
Bugün, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
Bugün, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
Bugün, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
Bugün, 17:23 İDMAN
-
Serenay Sarıkayaya milyon dollarlıq təklif gəlib
Bugün, 17:17 ŞOU-BİZNES
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Kamboca arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bugün, 16:47 GÜNDƏM
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM
-
YAP BƏYANAT YAYDI, AKP İQTİDARINA ÇAĞIRIŞ ETDİ: "Bu zərərli siyasətdən çəkinin!" - "Türkiyə Prezidentin baş müşaviri, millət vəkilləri... - "Bu, Türkiyə cəmiyyətində qütbləşməni dərinləşdirir"
Bugün, 13:48 SİYASƏT
-
26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR
Bugün, 13:32 KRİMİNAL
-
ADSEA-ya yeni səlahiyyət verildi - Hökumətdən qərar verildi
Bugün, 13:17 İQTİSADİYYAT
-
Vahid büdcə təsnifatı yenilənib
Bugün, 13:06 İQTİSADİYYAT
-
Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: "Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir"
Bugün, 12:56 SİYASƏT
-
Sabiq deputat: "BANM- ın 35 Prezident təqaüdçüsü, ADNSU-nun “sıfır"" - "Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir"
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 CƏMİYYƏT