“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
CƏMİYYƏT
12.09.2026, 09:07
"ASAN Xidmət”in tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC 1 saylı “ASAN Kommunal” mərkəzinin yerləşdiyi binanın icarəsi üçün Sevinc İbadova ilə ardıcıl ikinci dəfə müqavilə bağlayıb.
Mia.az Vətəninfo.az-a istinadla xəbər verir ki, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsinin illik icarə haqqı 660 min manat təşkil edir. Satınalma açıq tenderlə deyil, “bir mənbədən” metodu ilə həyata keçirilib.
Məlumata iddia edilir ki, eyni şəxslə 2025-ci ildə də 660 min manatlıq, yenə “bir mənbədən” icarə müqaviləsi imzalanıb. Beləliklə, iki il ərzində bu müqavilələrin ümumi dəyəri 1 milyon 320 min manata çatıb.
Yayılan məlumatda iddia edilir ki,, Sevinc İbadova hazırda ADA Universitetinin tikintiyə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışan, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Şahmar İbadovun həyat yoldaşıdır.
Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə işləyib və 2020-ci ildə başçının müavini vəzifəsindən azad olunub. Mətbuatda onun həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qudası olduğu da qeyd edilir.
Qeyd edək ki, Şahmar İbadovun və ailəsinin adı əvvəllər də müxtəlif səs-küylü araşdırmalarda və hadisələrdə hallanıb.
Şahmar İbadovun adı daha əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilmiş binadan mənzil verilməsi ilə bağlı ortaya çıxan 6.5 milyon manatlıq cinayət işində keçib. Həmin iş üzrə 177 nəfər zərərçəkmiş qismində tanınıb. İbadov cinayət işində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmasa da, məhkəmədə şahid qismində dindirilib. Proses zamanı keçmiş şöbə müdiri Yomətdin Şıxəliyev onu qanunsuz mənzil növbəsi ilə bağlı təzyiq göstərməkdə ittiham etsə də, Şahmar İbadov bu iddiaları rədd edib.
İbadovlar ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən ağır yol qəzasından sonra da gündəmə gəlmişdi. Şahmar İbadovun oğlu Elmar İbadovun idarə etdiyi avtomobilin vurduğu piyada Ayna Həsənova aldığı xəsarətlərdən sonradan vəfat etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il azadlıqdan məhrum edilsə də, sonradan Sumqayıt Apellyasiya Məhkəməsi həmin hökmü ləğv edərək ona bəraət verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Okan Buruk futbolçulara xəbərdarlıq etdi
Bugün, 14:43 İDMAN
-
DEPUTATLAR AYIN 13-DƏ TOPLANACAQ - 13 məsələ müzakirə olunacaq - SİYAHI
Bugün, 14:37 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb
Bugün, 14:17 GÜNDƏM
-
Prokuror olmaq istəyənlər imtahan verdi
Bugün, 14:07 CƏMİYYƏT
-
Pezeşkian "MDB +1" formatının yaradılmasını təklif edir
Bugün, 14:02 DÜNYA
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTO
Bugün, 13:43 GÜNDƏM
-
Putin İlham Əliyevlə bir arada - FOTOLAR
Bugün, 13:22 GÜNDƏM
-
KİYEV MERİ PAYTAXTA QORXU SALDI: "İmkanı olan şəhəri tərk etsin..." - "Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik"
Bugün, 13:21 GÜNDƏM
-
Sabah leysan yağacaq
Bugün, 13:05 CƏMİYYƏT
-
Avropa İnsan Hüquqları Məhkəməsi Rauf Mirqədirovla bağlı qərar verdi
Bugün, 12:59 SİYASƏT
-
Baş məşqçi türk klubuna 330 min avro borcu bağışladı
Bugün, 12:59 İDMAN
-
ƏLİYEV, PUTİN və BERDİMƏHƏMMƏDOV BİR ARADA - Üçlü görüş + FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Türkiyədə iki məşhur jurnalist saxlanıldı - İkisi isə ifadəyə çağırıldı
Bugün, 12:43 PRESS
-
Abşeron Rayon İcra Hakimiyyəti 646 minlik tenderə hazırlaşır
Bugün, 12:32 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
Bugün, 12:27 GÜNDƏM
-
Araz Ağalarov həyat yoldaşı birgə sualları cavablandırıb
Bugün, 12:23 CƏMİYYƏT
-
“Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib - 1.5 milyon manatlıq iddia
Bugün, 12:14 CƏMİYYƏT
-
Coca-Cola çökür? - Yüzlərlə filialı olan nəhəng brend satılır
Bugün, 12:08 İQTİSADİYYAT
-
Keçmiş partiya sədrinə kompensasiya ödəniləcək - Əli Əliyev barışdı
Bugün, 12:06 SİYASƏT
-
"Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür" - Putin liderlərə "Maneələri aradan qaldırmaq" mesajı verdi
Bugün, 11:49 GÜNDƏM
-
"Bu, şübhəsiz ki, tarixi bir andır" - Lukaşenkodan İlham Əliyevin mesajına reaksiya
Bugün, 11:28 SİYASƏT
-
"Kapital Bank"ın işçisinə SOCAR-da vəzifə verildi
Bugün, 11:08 İQTİSADİYYAT
-
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında : "Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə..."
Bugün, 11:00 GÜNDƏM
-
"Azərsun Holdinq"lə 50 min manatlıq "Media Balans"ı bir-birinə bağlayır ki...
Bugün, 10:58 İQTİSADİYYAT
-
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır"
Bugün, 10:47 GÜNDƏM
-
"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və..."
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...
Bugün, 10:03 DÜNYA
-
Azərbaycan nefti fantastik qiymətə yüksəldi - Qara qızıl daha 8 dollar bahalaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...
Bugün, 09:39 GÜNDƏM
-
Adanı tısbağalar basıb - 180 min...
Bugün, 09:20 DÜNYA
-
Azərbaycan Prezidenti: "Donald Tramp Nobel Sülh Mükafatı almalıdır"
Bugün, 09:00 GÜNDƏM
-
Husilər Ər-Riyad Hava Limanına yenə zərbə endirdi - 2,5 milyon dollarlıq təyyarə yandı + FOTO
Bugün, 00:11 DÜNYA
-
Türkiyədə yüksək vəzifəli şəxs güllələndi
Bugün, 00:05 KRİMİNAL
-
ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb
Bugün, 00:04 DÜNYA