Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
SİYASƏT
Bugün, 17:17
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin ətrafında qalmaqallar səngimək bilmir. Bir tərəfdə 200 minlik "Land Cruiser", Bakı və Naxçıvanda villalar, mənzillər, obyektlər... Digər tərəfdə isə evinə çörək pulu apara bilməyən, aylarla maaş üzünə həsrət qalan fəhlələr.
Musavat.com xəbər verir ki, təşkilatın adı kağız üzərində zəhmətkeşlərin, fəhlələrin, sadə işçilərin sosial və əmək hüquqlarını müdafiə etmək olsa da, reallıqda tamamilə əks mənzərə yaşanır. Mətbuata sızan siyahı göstərir ki, qurum rəhbərinin mal-dövləti, şəxsi imkanları təkcə Naxçıvanı deyil, paytaxt Bakını da bürüyüb.
Siyahının ilk diqqətçəkən məqamı Qəzənfər Abdullayevin istifadəsində olan, bazar dəyəri təxminən 200 min manat civarında qiymətləndirilən Az 75 RA 900 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobildir. Qeydiyyat nişanındakı "RA" hərflərinin onun oğlu Rəhman Abdullayevin ad və soyadının baş hərfləri ilə eynilik təşkil etməsi isə təsadüfə bənzəmir. Şirnikləndirici xüsusi seriyalar, baha qiymətli nömrələr və lüks nəqliyyat vasitələri...
Lakin bu, dəryada damladır. Əmlak geologiyası daha dərin qatlara gedib çıxır. Naxçıvan şəhərində, "Sizin Market"in yerləşdiyi ən baha yaşayış binasında lüks mənzil; Əlixan məhəlləsində 3 mərtəbəli nəhəng və bahalı fərdi malikanə; Naxçıvanın prestijli ərazilərindən sayılan "Əyləncə adası"nın qarşısındakı "Yaşıl Ada" kompleksində növbəti mənzil; Yaşayış sahələri ilə yanaşı, birbaşa biznes fəaliyyətinə bağlı ticarət obyekti "Moon" kafesi; Bakının mərkəzində "Gənclik" metrosu yaxınlığında lüks mənzil; Paytaxtda istifadə olunan, qiyməti yüz minlərlə ölçülən növbəti lüks alman avtomobili "Mercedes-Benz S-Class". Dövlət və ictimai xarakterli strukturlarda çalışan bir məmurun bu miqyasda daşınmaz əmlaka, lüks avtomobil parkına və kommersiya obyektlərinə sahib olması hansı məntiqə, hansı rəsmi gəlir cədvəlinə sığır? Bu sərvətin mənbəyi haradan qaynaqlanır?
Qurumdakı kadr siyasəti də acınacaqlı mənzərəni tamamlayır. Məlumata görə, Naxçıvan Vergi Xidmətində çalışarkən korrupsiya faktına görə işdən qovulan Zamiq Hümbətov Həmkarlar İttifaqında peyda olub. Daha dəqiqi, Həmkarlar İttifaqında xüsusi olaraq "Daxili Təhlükəsizlik Şöbəsi" yaradılıb və korrupsiyaya görə sistemdən kənarlaşdırılan ziddiyyətli fiqur məhz bu şöbəyə rəis gətirilib. Korrupsiya ittihamı ilə işdən çıxarılan şəxsin daxili təhlükəsizliyə rəhbər təyin edilməsi hansı idarəetmə standartının, hansı məntiqin nəticəsidir? Bu, özü-özlüyündə fəaliyyət prinsiplərinin necə qurulduğunu aydın göstərir.
Dramın ən acınacaqlı tərəfi isə Həmkarlar İttifaqları Şurasının tabeliyində olan Duzdağ Müalicə Mərkəzində yaşanır. Sədr dəbdəbə içində yaşayarkən, müəssisənin işçiləri aylarla əməkhaqqı ala bilmirlər. İllərdir ağır şəraitdə çalışan, hüquqları tapdanan, əməkhaqları gecikdirilən işçilərin müxtəlif dövlət instansiyalarına etdikləri kütləvi şikayətlər isə hər dəfə müəyyən müdaxilələrlə boğulub, məsələnin üstü ört-basdır edilib. Hətta haqqını tələb edən fəhlələrə qarşı fiziki və psixoloji təzyiqlərin, zorakı davranışların edildiyi də gələn xəbərlər sırasındadır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
E.Məmmədəliyev, Musavat.com
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Jurnalistə qarşı məhkəmədə elə ifadələr verildi ki...
Bugün, 18:01 PRESS
-
Qardaşından Şeyxin şəxsi təyyarəsi barədə iddialara - Reaksiya
Bugün, 17:51 SİYASƏT
-
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Müğənni Niyamidən açıqlama + VİDEO
Bugün, 17:44 MƏDƏNİYYƏT
-
Arda Gülər "Real Madrid"lə müqaviləsini uzadır
Bugün, 17:37 İDMAN
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - VİDEO
Bugün, 17:26 ŞOU-BİZNES
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - VİDEO
Bugün, 17:20 ŞOU-BİZNES
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
Bugün, 17:17 SİYASƏT
-
İnsan öləndən sonra saç və dırnaqlar uzanır?
Bugün, 17:07 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kirayəçi qətliam törətdi: ev sahibləri öldürüldü, vəkil ağır yaralandı
Bugün, 16:59 KRİMİNAL
-
Ceyhun Bayramov Avropa İttifaqının rəsmi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 16:49 SİYASƏT
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Bugün, 16:28 GÜNDƏM
-
Almaniyada dəyişən siyasi mənzərə... - TƏHLİL
Bugün, 16:24 SİYASƏT
-
Mətbuat Şurası qurultaya gedir - Açıqlamalar
Bugün, 16:13 PRESS
-
Kənd təsərrüfatı naziri özünə yeni müşavir təyin edib
Bugün, 16:02 İQTİSADİYYAT
-
Xətai sahibsiz qalıb: qazılan quyu niyə doldurulmayıb? - VİDEO
Bugün, 15:51 CƏMİYYƏT
-
GƏLƏN İLKİ BURAXILIŞ və QƏBUL İMTAHANLARI: yeni proqramın detalları bəlli oldu - DİM AÇIQLADI
Bugün, 15:43 GÜNDƏM
-
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
Bugün, 15:32 İQTİSADİYYAT
-
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini açıqladı
Bugün, 15:21 İQTİSADİYYAT
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri "Həmkarlar"ın yeni sədri oldu
Bugün, 15:12 CƏMİYYƏT
-
"Lazım gələrsə, yerində müdaxilə edəcəyik" - Yunanıstanın XİN başçısı niyə narahatdır?
Bugün, 14:58 SİYASƏT
-
Prezident 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlədi
Bugün, 14:31 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
Bugün, 14:30 GÜNDƏM
-
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiqləyib
Bugün, 14:22 GÜNDƏM
-
İSTANBULDA MAFİYALARARASI TOQQUŞMA: Kriminal liderə sui-qəsd planının qarşısı alındı, həbslər var
Bugün, 14:17 KRİMİNAL
-
Emil Binyətzadə 4 oyunluq cəza alıb
Bugün, 14:00 İDMAN
-
Özgür Özəl Ərdoğana təzminat ödəyəcək - Məhkəmə qərarı
Bugün, 13:32 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub, iki nəfər ölüb - XİN bəyanat yaydı
Bugün, 13:20 GÜNDƏM
-
Baş nazir Əli Əsədov yeni qərar imzayıb
Bugün, 13:09 GÜNDƏM
-
İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
Kəşfiyyatçının 15 il əvvəl həbsxanadakı sirli ölümü: saxlanılanların sayı 19-a çatdı - Sabah məzarı açılır
Bugün, 12:49 SİYASƏT
-
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb - FOTOLAR
Bugün, 12:36 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Baş katibinə məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM