Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM

Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin  etdi - SƏRƏNCAM

GÜNDƏM

Bugün, 17:17

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinə sədri təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən,  Fərid Rauf oğlu Şəfiyev bu vəzifəyə  yenidən təyinat alıb.

Qeyd edək ki, F.Şəfiyev buna qədər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri idi.

Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb.

Sənədə əsasən, "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR