Peşəkar Futbol Liqası medalçıları mükafatlandırdı

img

16-07-2020 [14:18]


Peşəkar Futbol Liqasında (PFL) I Divizionun 2019/2020 mövsümünün medalçıları mükafatlandırılıb.

"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, COVID-19 pandemiyasına görə kütləvi keçirilməyən tədbirdə əvvəlcə "Zaqatala" futbol klubunun prezidenti Musa Qurbanova bürünc medallar təqdim olunub.

Daha sonra gümüş mükafatçı, klubun idman direktoru Fərəc Əliyev və baş məşqçisi Mirbağır İsayevlə təmsil olunan "Səbail-2" medallarına qovuşub.

Tədbirdə çempion "Turan Tovuz"u klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, baş məşqçi İlham Yadullayev və komandanın vitse-kapitanı Aqşin Muxtaroğlu təmsil ediblər. Qızıl medallar və kubok kapitana təqdim edilib. 

Qeyd edək ki, futbolçuların medalları komandaların rəhbərliyi tərəfindən oyunçulara veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA