Nizami Rayon Məhkəməsinin hakimi vəfat edib

img

09-07-2020 [14:33]


Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.

“Report” xəbər verir ki, uzun müddətdir onkolji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. 

Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində  Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA