Gürcüstanda Azərbaycan vətəndaşı koronavirusa yoluxub

img

29-06-2020 [14:57]


Gürcüstanda koronavirusun son aşkarlandığı 2 şəxsdən biri Azərbaycan vətəndaşıdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycan vətəndaşının yük maşını sürücüsü olduğunu və Gürcüstana Azərbaycandan gəldiyini deyib.

M.Ezuqbayanın sözlərinə görə, Gürcüstanın xüsusi rejimli xəstəxanalarında 120 koronaviruslu pasiyent müalicə olunur. Həkim COVID-19-un təsdiqləndiyi şəxslərin 85%-dən çoxunun sağaldığını qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA