"Bilirsən ki, bu, kimin villasıdır?"
12-06-2020 [13:27]
Seymur VERDİZADƏ,
Yenisabah.az-ın Baş redaktoru
***
Taksi sürücüləri məlumatlı adamlar olurlar; yerin altını da bilirlər, üstünü də.
Bir dəfə taksi ilə 30 nömrəli məktəbin yanından keçəndə, sürücü Hökumət Evinin əkiz tayı olan nəhəng binanı göstərib, belə dedi: "Bilirsən, kimin villasıdır?"
Günahkar uşaqlar kimi çiynimi çəkib durdum...
Gözünü yoldan ayırıb, mənə tərəf əyildi: "Kənd təsərrüfatı naziri Heydər Əsədovun villasıdır".
O nəhəng binanı yaddaşıma həkk etmək üçün maşının pəncərəsindən arxaya boylandım...
Amma söhbətimiz bununla yekunlaşmadı. O, qarşıdan gələn maşına yol verəndən sonra yenidən mənə tərəf çevrildi: "Bakıda yeddi-səkkiz belə mülkü var. Obyektlərinin isə sayı-hesabı yoxdur".
Axtarış saytlarına daxil olub, Ramiz Mehdiyevin adını yazsanız, məlum olacaq ki, Bakıda onun himayəsi altında fəaliyyət göstərməyən bircə zavod-fabrik də yoxdur. Bayılın yarısını onun şirkəti tikərək, qanı bahasına camaata satıb. Bu adamın Zülfüqarlı qardaşlarının başına gətirdiyi müsibəti ancaq Kərbəla müsibəti ilə müqayisə etmək olar.
Eldar Mahmudovun güclü əlləri həmişə iş adamlarının xirtdəyində olub. Bu adam hətta nazirlərdən də xərac alırdı. Tabeliyində olan adamlar ondan geri qalmırdılar. Eldar Mahmudov işdən çıxarılandan sonra bir iş adamı mənə dedi ki, min bir əziyyətlə ərsəyə gətirdiyi klinikanı MTN generalı olan bacanağı döyə-döyə onun əlindən alıb.
Bu siyahını istədiyimiz qədər uzada bilərik. "Köhnə qvardiya"nın elə bir nümayəndəsi yoxdur ki, adı korrupsiya və rüşvətxorluqda hallanmasın, yalan və talan kampaniyasının iştirakçısı olmasın.
İlin-günün bu vədəsində, "Yasamal olayları"nın mətbuatın aparıcı mövzusuna çevrildiyi bir vaxtda tarixə ekskursiya etməyim səbəbsiz deyil. Keçmiş Səhiyyə naziri Əli İnsanov bir neçə aylıq fasilədən sonra yenidən sükutu pozdu. İnsanov “Xural" TV-yə verdiyi müsahibə zamanı onu 14 il türmədə çürüdən keçmiş komanda yoldaşlarının əl-üzünü “yumağa” çalışdı. Əli İnsanovun sözlərindən belə aydın oldu ki, Ramiz Mehdiyev, Ramil Usubov, Eldar Mahmudov süddən çıxmış qaşıq kimi tərtəmizdir. Əgər o, nə vaxtsa hakimiyyətə gəlsə, indiki məmurları meşədəki qoca palıdla həmyaşıd olan bu adamlar əvəzləyəcək...
Açıq deyirəm, Əli İnsanova heç vaxt simpatiyam olmayıb. Nazir olanda bunu yazdığıma görə indi də yazmaqda heç bir qəbahət görmürəm. Beyləqandan olan tələbə yoldaşımın xərçəng xəstəliyindən əziyyət çəkən bacısı pulu olmadığı üçün dövlət xəstəxanasında zarıya-zarıya canını tapşırmışdı. Əli İnsanova münasibətim həmin vaxt formalaşıb. Heç kim məni İnsanova rəğbət bəsləməyə məcbur edə bilməz. Çox güman ki, İnsanovun da mənə rəğbəti yoxdur. Hansı ki, mənim buna dünəndən ehtiyacım yoxdur…
Simpatiya məsələsini bir tərəfə qoyub, mətləbə keçmək istəyirəm. Müxalifətçilər arasında tanıdığım xeyli adam var ki, onlar İnsanov faktorunun hakimiyyət dəyişikliyini sürətləndirəcəyinə ümid edirlər. Şəxsi söhbətlərimizdə dəfələrlə bunu etiraf ediblər. Onları heç cür inandıra bilmirdim ki, İnsanovun iştirakıyla baş tutan dəyişikliyin əqidəli müxalifətçilərə heç bir xeyri olmayacaq. Əgər bu adamın nə vaxtsa hakimiyyətə gəlmək şansı olsa, onunla birlikdə Ramiz Mehdiyev, Səfər Əbiyev, Eldar Mahmudov kimi sabiqlər gələcək…
Bu adamların adı gələndə, ağlınıza ilk gələn nə olur?
Saflığına, təmizliyinə şübhə etmədiyim, əqidəsinə güvəndiyim dostlarıma bu barədə düşünməyi təklif edirəm.
Şəxsən mən yağışdan çıxıb, yağmura düşmək istəmirəm…
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub
Xaçmazda avtomobili qatar vurub - Sürücü hadsə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı