"Hörmətli nazir, məqsədiniz köməksiz dializ xəstəsini məhv etməkdirmi?" - Xəstə fəryad edir, nazirlik susur
CƏMİYYƏT
02.06.2020, 15:52
"Mən Şəmkir rayon Düz Çırdaxan kəndində yaşayıram. Mart ayına qədər rayonda yanacaqdoldurma məntəqəsində operator kimi çalışıb 250 manat maaş almışam. Uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirəm. Mart ayında Bakıda "Respublika" Xəstəxanasında həkimlər artıq dializ edilməyimin qaçılmaz olduğunu bildirdilər. O tarixdən dializ xəstəsiyəm. Həftədə 3 dəfə dializ üçün Tovuz rayonunda fəaliyyət göstərən Hemodializ Mərkəzinə gedirəm".
Bu sözləri "AzPolitika.info"-ya müraciət edən Həsənov Aydın Bəhrəm oğlu bildirib. Şəmkir sakini deyib ki, xəstə olduğuna görə yeganə gəlir mənbəyi olan iş yerini də itirib: "5 nəfərdən ibarət olan ailəm çox ağır maddi məhrumiyyətlər içərisindədir. Qohumların dəstəyi və borclar hesabına müalicə olunuram. Artıq tükənmişik. 190 manat yardım üçün mən, həyat yoldaşım və uşaqlarım ayrı-ayrılıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etdik. Amma hamımıza rədd cavabı verdilər ki, biz yardım alası kateqoriyaya daxil deyilik. Adımıza nə yararlı torpaq sahəsi, nə də başqa gəlir yeri var. Nazirliyin bu qeyri-müəyyən, anti-insani hərəkətini başa düşə bilmədik".
Şikayətçi deyir ki, mart ayında dializ xəstəsi olması barədə müvafiq arayışı Şəmir Rayon Poliklinikasına təqdim edib. Oradan bildiriblər ki, xəstəlik tarixçəsi nazirliyin müvafiq sisteminə yüklənəcək və dializ xəstəsi kimi ona əlillik dərəcəsi təyin olunacaq və pensiya kəsiləcək: "Aradan 3 aya yaxın vaxt ötsə də, nazirlikdən heç bir xəbər yoxdur. Mən nazir Sahil Babayevə müraciət edirəm: Hörmətli nazir, Sizin məqsədiniz köməksiz, yardımsız qoyduğunuz dializ xəstəsini məhv etməkdirmi? Belədirsə açıq deyin, yazın, işimizi bilək. Nə 190 manat verirsiz, nə pensiya kəsirsiz, bu ailə necə yaşamalıdır axı?!"
Aydın Həsənovun şikayəti ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbova bir aya yaxındır müraciət etsək də, heç bir cavab ala bilmədik. Fazil müəllim araşdırma aparılığını desə də, onun niyə bitmədiyini, nəticəsinin nə olduğunu açıqlamağa tələsmir. Pulsuz, dərmansız ac qalan, dializ xəstəsi olan Aydın Həsənov isə yaşamağa ümidini itirmək üzrədir...
"AzPolitika.info"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı metropolitenində iş saatı uzadılacaq
Bugün, 10:13 CƏMİYYƏT
-
DTX rəisi: "Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır"
Bugün, 09:48 SİYASƏT
-
Azərbaycan nefti neçəyədir? - Son qiymət
Bugün, 09:15 İQTİSADİYYAT
-
Tanınmış aktrisa Qocalar evində qalırmış... - FOTO
Bugün, 09:00 MƏDƏNİYYƏT
-
ABŞ səfiri Barrak: "Türkiyəyə böyük etibarımız var, İranla danışıqlarda əla rol oynayırlar" - "Konqres S-400 və F-35 məsələləri üzərində işləyir"
Bugün, 00:42 GÜNDƏM
-
Böyük Britaniyada qırıcı təyyarə qəzaya uğrayıb - 2 pilot son anda xilas olub (FOTO)
Bugün, 00:29 DÜNYA
-
İran yenə şərt qoyur: "7 şərtimiz yerinə yetirilməlidir, yoxsa boğaz açılmayacaq"
Bugün, 00:25 DÜNYA
-
"“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
Bugün, 00:17 CƏMİYYƏT
-
11 ildən sonra bir serialda qovuşsalar da, uğur qazana bilmədilər - A.B.I. serialı gedir, "Hamal" gəlir
Bugün, 00:14 MƏDƏNİYYƏT
-
PEZEŞKİAN BMT-də ALBOM VƏRƏQLƏDİ, HƏM SÜLH, HƏM DƏ SAVAŞ MESAJI VERDİ: "Ağır və heyrət doğuran cavabımız olacaq!"
Bugün, 00:09 GÜNDƏM
-
Qərar Nyu-Yorkda verildi - Türkiyə ordusu İraqdan çəkilir
Bugün, 00:05 GÜNDƏM
-
ABŞ-Danimarka-Qrenlandiya təhlükəsizlik sazişi... - TƏHLİL
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Qəzzanın bərpasına nə qədər vəsait ayrılacaq? - Sülh Komitəsi açıqladı
23.09.2026, 23:01 DÜNYA
-
Etibar Məmmədovdan MSK sədrinə sərt ittihamlar: “Məzahir Pənahov orada özü üçün şəxsi heyət yaradıb...”
23.09.2026, 21:42 SİYASƏT
-
Ərdoğanla Paşinyan bir arada - ABŞ-da görüş oldu + FOTOLAR
23.09.2026, 20:16 GÜNDƏM
-
Azərbaycan və Fransa XİN başçıları görüşüb - Nyu-Yorkda
23.09.2026, 20:06 SİYASƏT
-
Kılıçdaroğlu istefa verən Yavaşı öz sözləri ilə "vurdu"
23.09.2026, 18:30 SİYASƏT
-
"Fənərbağça"nın almaq istədiyi məşhur futbolçunu döydülər - FOTO
23.09.2026, 18:11 İDMAN
-
“MyShops”dan “Nothing” smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
23.09.2026, 18:05 İQTİSADİYYAT
-
Suriya prezidenti BMT tribunasından İsrailə ultimatum verib
23.09.2026, 17:58 DÜNYA
-
Ceyhun Bayramov Nyu-Yorkda yeni görüş keçirib
23.09.2026, 17:58 SİYASƏT
-
Bələdiyyə sədrləri CHP-dən istefa verdi - SİYAHI
23.09.2026, 17:47 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşın istefası haqda ilk - Açıqlama
23.09.2026, 17:38 SİYASƏT
-
"Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - FOTOLAR
23.09.2026, 17:32 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Xəbəri məni olduqca kədərləndirdi"
23.09.2026, 17:26 GÜNDƏM
-
Aktirisa geyimi ilə gündəmə gəldi: "Anam hazırlayıb" - FOTO
23.09.2026, 17:17 ŞOU-BİZNES
-
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır
23.09.2026, 17:17 CƏMİYYƏT
-
"Araz-Naxçıvan"da baş məşqçi təyinatı olub
23.09.2026, 17:15 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.09.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda iki nəfər 31 kq narkotiklə saxlanılıb
23.09.2026, 16:27 KRİMİNAL
-
Daha bir qurum AZCON-un idarəetməsinə verildi - Fərman
23.09.2026, 16:01 GÜNDƏM
-
Prezident İlham Əliyev bu şəxsə yüksək vəzifə verdi - "AzerGold" QSC-də dəyişiklik
23.09.2026, 15:57 GÜNDƏM
-
DAHA İKİ QURUM BİRLƏŞDİRİLİR - Əli Əsədov qərar imzaladı
23.09.2026, 15:40 GÜNDƏM