Büdcənin icrası haqqında qanun layihəsi müzakirə olunacaq

img

02-06-2020 [09:51]


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Sənəd I oxunuşda təqdim olunacaq.

Komitə üzvləri layihə ilə bağlı fikir mübadiləsi aparacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR