Bakıda mağazadan meyvə və yumurta oğurlandı

img

04-04-2020 [11:56]


Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Hadisə aprelin 1-i gecə saatlarında Nərimanov rayon F.Yusifov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazadan 454 manat dəyərində meyvə və yumurta oğurlayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1985-ci il təvəllüdlü E.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA