"Mart, aprel, may ayında kredit ödənişləri dondurulsun və yaxud..." - YAP-çı deputat

img

24-03-2020 [11:08]


Millət vəkili Naqif Həmzəyev ölkədə fəaliyyət göstərən bank sektoruna müraciət edib.

Deputat bildirib ki, ölkədə hökm sürən vəziyyətlə bağlı banklarda ödənişlər dondurulsun.

"Azərbaycanda fəaliyyət göstərən banklar kreditlərin ödənişini ən azı 3 ay müddətinə dondurmalıdırlar. Həmçinin gecikmələrə görə cərimələr bu müddət ərzində ləğv edilməlidir.

Bilirik ki, çoxlu sayda insanlar var ki, banklara borcları var və bu gün əksər yerlərdə işlər dayandırılıb. Böyük ehtimalla mövcud vəziyyət aprel ayının sonunadək davam edəcək.

Günəmuzd çalışan insanlar var ki, indiki halda kreditlərin qaytarılmasında problemlərlə üzləşə bilərlər. Banklar vətəndaşlara güzəşt etməlidir. Mart, aprel, may ayında kredit ödənişləri dondurulsun və yaxud gecikmələrə görə cərimələr tətbiq olunmasın", - deyə Naqif Həmzəyev qeyd edib/BAKU.WS


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA