SOCAR-dan "AZƏRİQAZ"a XƏBƏRDARLIQ: çıxış yolu sayğac dəyişməkdirmi? - Azər Məmmədov və komandası hələ də "transformasiya" ilə "oynayır" (VİDEO)
İQTİSADİYYAT
14.09.2026, 10:21
Ötən ay SOCAR-ın Vitse-prezidenti Elşad Nəsirovun "Azəriqaz"ın baş direktoru Azər Məmmədova ölkədəki qaz itkisi barədə sensasion xəbərdarlıq məktubu barədə xəbər vermişdik.
Mia.az -ın məlumatına əsasən, yoxlama xarakterli həmin məktubda vitse-prezident konkret fakt və şəhər və rayonların adını çəkərək bildrib ki, bu ilin ilk 5 ayı ərzində uçota alınmayan qazın həcmi, yəni, faktiki qaz itkisi 454.1 milyon kub.metrdən 500,9 milyon kub.metrə yüksəlib.
Vitse-prezident qaz itkisinin daha çox Bakı, Sumqayıt, Salyan, Göyçay, Ağsu, Xaçmaz, Gəncə, Lənkəran, Zaqatala üzrə olduğunu faktlarla sadalayıb və "Azəriqaz"ın rəhbəri Azər Məmmədovdan operativ tədbirlərin görülməsini tələb edib.

AZƏR MƏMMƏDOV, "Azəriqaz"ın baş direktoru
İndisə maraqlıdır, ilin təxminən 9 ayı geridə qalıb. Görəsən, Elşad Nəsirovun Baş direktora xəbərdarlığından dərs alınıbmıi?!
Qaz itkisinin qarşısı alınıb, yoxsa yuxarıda qeyd olunan rəqəm mənfiyə doğru daha çox yüksəlib?
Bu barədə Mia.az-a verilən məlumata görə, ötən aylarda da qaz itkisinin qarşısının alınması istiqamətində nəzərəçarpacaq işlər görülməyib. Əksinə, regional idarə rəhbərləri Baş direktora, Baş direktor isə SOCAR-dakı sirdaşlarına yeni "bəhanə" sırıyıblar: "Açıq deyirlər ki, qaz itkisinin artımı səhlənkar idarəçiliklə əlaqəli deyil. Guya qaz quyulardan birbaşa borulara təmizlənmədən vurulur ki, bu da həcmdə artım göstərsə də, faktiki o qədər deyil. Yəni, ən azı 20-25 faizlik qaz itkisini təmizlənməmiş qaz bəhanəsi ilə yozaraq vəziyyətdən çıxmağa çalışırlar. Hətta bununla bağlı qaz boruları və sayğaclarda çöküntü tullantılarının necə təmizlənməsi barədə video çəkilişlər aparılıb. Nə məqsədlə?! Maraqlı burasıdır...
Məlumat üçün qeyd edək ki, əvvəllər mexaniki sayğaclar olanda, itkiləri abonentlərə rahatlıqla "yükləmək" olurdu, indisə ağıllı sayğaclardır, bu sayğaclara isə əlavə "sərfiyyat" yükləmək asan məsələ deyil".
Mia.az-ın əldə etdiyi məlumata görə, qaz itkisinin çoxalmasına baxmayaraq, "Azəriqaz" bu itkini öz hesabına kompensasiya edir: "Böyük ehtimalla vaxtilə camaatın xəbəri olmadan borc kimi yazılan itkiləri (bu barədə aşağıda sənəd paylaşılıb -Mia.az) indi eyni "üsul"la bağlaya bilmirlər deyə itkinin dəyəri "Azərqaz"ın öz hesabına təchizatçıya qəpiyinə kimi ödənilir. Qarşıdakı ay və illərdə isə bu vəziyyətdən çıxmaq, yəni itkiləri azaltmaq üçünsə mütərəqqi ideyalar deyil, ağıllı və smart tipli sayğacları dəyişməyi planlayıblar. Baxın, dünya yeni texnologiyaya doğru sürət alıb, bizimkilər isə itkiləri camaatın hesabına kompensiya etmək məqsədiylə geriyə - mexaniki və ya müdaxilə imkanı yaradan sayğaclara geridönüş planlayırlar. Hələ utanmadan bunu az qala ən yaxşı variant kimi xalqa sırımağa çalışırlar...
Bununla da açıq demək lazımdır ki, Azər Məmmədov, müavini Nail Abdullayev və onların təcrübəsiz komandası ölkənin qaz təsərrüfatını "baş-ayaq" ediblər. Burada artıq uzun müddətdir transformasiya adı altında milyonları havaya sovurublar, ortada isə real inkişaf və hər hansı kiçik müsbət nəticə yoxdur. Bu barədə elə məlumatlar var ki...".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Bugün, 15:42 GÜNDƏM
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
Bugün, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
Bugün, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
Bugün, 14:34 İQTİSADİYYAT
-
Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
Bugün, 14:19 YAZARLAR
-
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Ankarada + FOTO (YENİLƏNİB)
Bugün, 14:15 SİYASƏT
-
"Korkut Ata" Türk Dünyası Film Festivalı - Azərbaycan üç filmlə təmsil olunacaq
Bugün, 14:07 MƏDƏNİYYƏT
-
REAL TV ilə Bakı Təhsil İdarəsi arasında gərginlik böyüyür
Bugün, 13:49 CƏMİYYƏT
-
Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
Bugün, 13:20 PRESS
-
Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı
Bugün, 12:43 SİYASƏT
-
Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir
Bugün, 12:43 İDMAN
-
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Bugün, 12:30 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ankarada: "2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi..."
Bugün, 12:15 SİYASƏT
-
Partiya sədri canlı yayımda bəyan etdi: "Özümü yandıracağam"
Bugün, 12:13 SİYASƏT
-
Məmurlara xidməti maşından şəxsi maraqlar üçün istifadə qadağan olunur
Bugün, 12:10 GÜNDƏM
-
Professor Adilə Abbasova vəfat edib
Bugün, 12:02 CƏMİYYƏT
-
Vəzifəli şəxslərlə bağlı yeni qanun: kənar fəaliyyətlə məşğul olma və...
Bugün, 11:54 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur, danışmaq da istəmirəm"
Bugün, 11:39 SİYASƏT
-
"Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir, amma.."
Bugün, 11:36 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub döndərdi: "Əziz qardaşım..." - MƏTN
Bugün, 11:26 GÜNDƏM
-
AzerGold” QSC-də yeni təyinatları olub
Bugün, 11:12 CƏMİYYƏT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard artıb
Bugün, 11:04 İQTİSADİYYAT
-
"Təhsildən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası..." - Sabiq deputatdan açıqlama
Bugün, 10:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA.. - Deputatlar kimə "hə" deyəcək?
Bugün, 10:16 SİYASƏT
-
Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)
Bugün, 10:08 PRESS
-
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Bugün, 10:04 İQTİSADİYYAT
-
Türkiyədə sərnişin avtobusu ilə yük maşını ilə toqquşub - "15 nəfər xəsarət alıb"
Bugün, 09:58 KRİMİNAL
-
İran İnqilab Keşikçiləri: "Hörmüz boğazında MQ-1 PUA-sı vurulub"
Bugün, 09:57 DÜNYA
-
Türk dünyası real siyasi gücə çevrilə bilərmi? - Ankara Zirvəsindən nə gözləməliyik? (TƏHLİL)
Bugün, 09:44 SİYASƏT
-
Dünya ayaqda, BMT-də ABŞ-a qarşı qətnamə qəbul olundu: "130 ölkə ən kobud təzyiq və şantajı belə dəf etdi..."
Bugün, 09:41 GÜNDƏM
-
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası başlayıb
Bugün, 09:40 İQTİSADİYYAT
-
Mehriban Əliyeva: "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!"
Bugün, 09:36 GÜNDƏM