Bakıda dünya çempionatı təxirə salınıb

Bakıda dünya çempionatı təxirə salınıb

İDMAN

23.03.2020, 13:06

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Mia.az xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. 

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR