“Koronavirusa qarşı bir neçə vaksin hazırlanıb, ancaq..." - Türkiyənin azərbaycanlı alimindən maraqlı açıqlamalar
22-03-2020 [10:07]
Koronavirus pandemiyası sərhədlərini hər gün genişləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 266 min nəfərdən, ölənlərin sayı isə 11 min nəfərdən çoxdur.
Gözlər virusun müalicəsi üçün tətbiq olunacaq vaksinin hazırlanmasına dikilib. Virusu tamamilə yox edəcək vaksin hazırlanacaqmı? Mövcud göstəricilər gələcəyə dair hansı ümidləri verir?
Türkiyədə fəaliyyət göstərən, SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarını hazırlayan tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev “Report”un Türkiyə bürosunun suallarını cavablandırıb.
Alimin sözlərinə görə, virusun məhv edilməsi üçün dünyadakı elm adamları bir neçə istiqamətdə araşdırmalar aparırlar: “Dünya səhiyyəsi qarşısında duran əsas vəzifə xəstəliyə qarşı peyvəndin, ikinci əsas məsələ bəzi infeksion xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının COVID-19-a təsirinin öyrənilməsi və ya virusa qarşı yeni dərman preparatlarının hazırlanmasıdır.
Eyni zamanda, genetik mühəndislik yolu insan hüceyrələrində özünə yer edən virus hüceyrələrini dəyişdirərək yenidən xəstə hüceyrəyə verilməsi metodu da diqqət mərkəzindədir. Bundan başqa hibridoma texnologiyası ilə də xəstəliyin müalicəsi üzərində işlənilir. Ancaq təəssüf ki, bu gün ciddi cəhdlə aparılan araşdırmalarla həmin metodlardan heç biri xəstəliklə mübarizədə uğurlu nəticə verməyib”.
A.Allahverdiyevin sözlərinə görə, son günlər dünyanın müxtəlif ölkələrində (Çin, ABŞ, Rusya, Yaponiya) COVID-19-a qarşı vaksinin hazırlandığına dair iddialar irəli sürülür. Lakin bu iddialar təsdiqini tapmayıb: “mRNA-1273” adlı peyvənd az sayda insan üzərində sınaqdan keçirilsə də, onun nəticə verməsi üçün azı 18 aya ehtiyac olduğu açıqlandı. Düşünürəm ki, tədqiqatçılar tərəfindən bu sahədə araşdırmalar aparılsa da, problemin həllindən danışmaq çox tezdir. Çünki indiyə qədər bir çox müxtəlif infeksiyalara və xəstəliklərə qarşı peyvənd işlənib hazırlansa da, nəticələr ürəkaçan olmayıb.
Bu qədər tədqiqatlar nəticəsində sadəcə 11 xəstəliyə qarşı effektlı peyvənd hazırlaya biliblər. Digər tərəfdən COVID-19 infeksiyasının xüsusiyyətləri tam bəlli olmadığı üçün orqanizmə verilən peyvəndin aktivləşdirdiyi immun sistem hüceyrələrinə virusların necə cavab verəcəyi məlum deyil”.
Alim qeyd edib ki, peyvəndin tapılması üçün bütün gözlər ABŞ-a dikilib və oradakı elm adamlarının da, əldə etdiyi nəticələri hələ ki uğurlu hesab etmək olmaz: “Mövcud vaksinləri ideal adlandıra bilmərik. Belə ki, peyvənd üçün istifadə ediləcək protein antigenləri heç də, virusun bütün antigenlərini özündə əks etdirmir. Əminliklə deyə bilərəm ki, bu virusa qarşı yeni dərman preparatının hazırlanması azı 14 il müddətində mümkün ola bilir. Təəssüf ki, indiyə qədər viruslara qarşı əldə edilən dərman preparatları da, spesifik olmadığı üçün istənilən nəticələrin əldə edilməsi mümkün olmayıb. Çarə üçün hazırda ən əlverişli yol müxtəlif infeksion xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının COVID-19-da test edilməsidir”.
A.Allahverdiyev bildirib ki, bir çox yaş qrupunda olan, milli mənsubiyyətindən, ölkəsindən asılı olmayaraq hər kəs virusa yoluxa bilər: “Xəstəliyin klinik əlamətləri ən çox yaşlı insanlarda və müxtəlif xəstəliyi olan şəxslərdə daha çox görünür. Gənclərdə isə xəstəliyin kliniki əlamətləri tam görülməsə də, onlar epidemioloji baxımdan ətrafdakılar üçün təhlükə yaradırlar. Belə ki, bu şəxslərin immun sistemi virusların çoxalmasına ev sahibliyi etdiyi üçün, onlar virus daşıyıcı rolunu oynayaraq xəstəliyi sağlam şəxslərə ötürəcəklər. Ancaq nəticələr onu deməyə əsas verir ki, immun sistemi zəif olan gənclərdə də, xəstəlik sürətlə inkişaf edərək ölümə yol aça bilər.
COVID-19-la bağlı dünyada baş verən hadisələr bir daha göstərir ki, xəstəlikdən azad olmaq çox da asan olmayacaq. Bunun əsas səbəbi xəstəliyin pandemik şəkil almasıdır. Belə ki, hər hansı ölkədə xəstəlik aradan qaldırılsa da, başqa ölkədən gələn xəstə insan bu xəstəliyin orada yenidən baş qaldırmasına səbəb olacaq”.
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb