“Məni Allah qoruyur, özümü qorumağıma ehtiyac yoxdur” - Flora Kərimova

img

16-03-2020 [18:30]


“Məni Allah qoruyur, özümü qorumağıma ehtiyac yoxdur”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova koronavirus pandemiyası barədə danışarkən söyləyib. Virusun daha çox immunitet sistemi zəif olanları və yaşlılara yoluxmağına baxmayaraq, 78 yaşlı sənətçi koronavirus əleyhinə xüsusi bir tədbir görmədiyini bildirib: 

“Sözün düzü, özüm xüsusi bir tədbir görmürəm, ancaq qızım Yaqut məni qoruyur. O, çox tədbirlidir. Evdən bayıra çıxmıram, gəl-get azdır, demək olar ki, yox dərəcəsindədir. Hərəmiz öz işimizdəyik, qonaqlıqdan filan keçib. Səhhətim pis deyil. Bircə bu havalar məni nigaran qoyur, çünki bir az isti olsa, virus azalar. Ancaq limon yemək lazımdır. Hər çörək yeyəndən sonra limon yeyilməlidir. Çoxlu su içmək lazımdır. Amma nə istəyirsiz edin, gərək Allah qorusun. Allah qorumasa heç nə… Hamımız onun ümidindəyik, o da bizdən üz döndərib. İnsan həm də psixoloji olaraq qorunmalıdır. Heç nədən qorxmasan, koronavirus sənə nə edəcək?”. 

Xalq artisti virus azaldıqdan sonra yeni mahnılar yazdıracağını da açıqlayıb: “Hələ ki, virusa görə yeniliklər yoxdur. İnşallah virus bəlası bitsin, yeniliklər olacaq. Başımız ayılsın, görək nə edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR