Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atıldı - Rəqiblər bəlli oldu

 Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atıldı - Rəqiblər bəlli oldu

İDMAN

28.02.2020, 16:18

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Türkiyə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"u isə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. 

1/8 final mərhələsində görüşəcəklər:

"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR