Merkel Ərdoğanla görüşəcək

img

17-01-2020 [17:24]


Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.

"Davosa səfərinin ardından kansler yanvarın 24-də İstanbula yola düşəcək. Orada Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparılacaq”, - o deyib.

A.Merkelin səfər proqramına Ərdoğanla birlikdə Alman-Türk Universitetinin yeni şəhərciyinin açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR