Tramp bu ölkəni işğal etmək istəyir: "Tezliklə 51-ci ştatımız olacaq"

Tramp bu ölkəni işğal etmək istəyir: \"Tezliklə 51-ci ştatımız olacaq\"

DÜNYA

Bugün, 09:50

ABŞ prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən əvvəl Texasda keçirilən seçki mitinqində xarici siyasətlə bağlı maraqlı açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, bu ilin yanvar ayında liderlərini xüsusi əməliyyatla gecəylə ölkələrindən qaçıraraq Nyu-Yorka gətirdikləri Venesuelanın gələcəyindən də söz açıb.

Tramp bildirib ki, bu əməliyyatdan sonra həmin lknin başına gətirdikləri ilə "əla münasibətləri" var: "Bz bu ölkədən indi çoxlu neft alırıq. Amerika neft şirkətləri Venesuelaya əhəmiyyətli investisiyalar qoyub, işləyir, pul qazanırlar. Venesuela yaxın gələcəkdə çiçəklənən bir ölkəyə çevriləcək. Daha sonra isə ABŞ-ın tərkibinə qatılacaq.  Venesuela yaxılarda  ABŞ-ın 51-ci ştatı olacaq. Bu mümkündür, gəlin bunu reallaşdıraq, onu 51-ci ştatımız edək. Orada prezident əvəzinə qubernator seçək".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR