İran  “qara qutu”unu Fransaya göndərib

img

14-01-2020 [13:25]


İran hökuməti Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu açılması üçün Fransaya göndərib.

"RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumat verib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.

Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA