BAKININ YOL POLİSİ RƏİSİ TƏQAÜDƏ GÖNDƏRİLDİ - Vilayət Eyvazovdan daha bir mühüm dəyişiklik

img

07-01-2020 [16:23]


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR