Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını artırıb

img

19-07-2019 [11:22]


Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri 53 mln. 707,7 min dollar təşkil edib.

İllik müqayisədə Gürcütanın Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 954, 3 ton və ya 29,1% çoxdur.

Ötən ilin ilk yarım ilində Gürcüstan Azərbaycandan ümumi dəyəri 45 mln. 484,3 min dollar olan 75 291,4 ton neft və neft məhsulları idxal edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA