Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmişlərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
07-10-2025 [19:07]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 7-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Elmir Qənbərovun hüquqi varisi – atası Rayil Qənbərov bildirib ki, övladı Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində həlak olub.
Zərərçəkmiş şəxs Səfiyar Məmmədovun hüquqi varisi Şəhriyar Məmmədov ifadəsində qardaşının Kəlbəcərdə düşmən atəşi nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxs Müzəffər Cəfərov ifadəsində Laçında sanitar avtomobillə yaralıları təxliyə edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs sanitar avtomobilin üzərində tibbi yardım maşını nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını söyləyib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavablandıran zərərçəkmiş Nicat Əlizadə düşmənin açdığı atəş nəticəsində Xocalı rayonu istiqamətində xəsarət aldığını deyib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Fuad Kərimov Ağdərə istiqamətində düşmənin təxribatı nəticəsində xəsarət aldığını bildirib.
Ruslan Məmmədli Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində ayaqlarından, qolundan və bədəninin digər nahiyələrindən xəsarətlər aldığını söyləyib. Səhhətində hazırda problemlər qalır. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı həlak olanların və özündən başqa yaralananların da olduğunu deyib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran Murad Abbaslı Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Elmir Sadıqov Xocalı istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.
Əvəz Zeynalov Ağdərə rayonunun Talış kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib.
Rəvan Rzayev və Cəmaləddin Nəsirov Xocalı rayonunun Şuşakənd kəndində düşmənin açdığı atəş nəticəsində yaralandıqlarını bildiriblər. R.Rzayev deyib ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, özündən başqa daha bir neçə şəxs yaralanıb.
Ayxan Kərimli Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı artilleriya atəşi nəticəsində qəlpə yaraları aldığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Vüsal İsazadə Şuşa rayonunun Xəlfəli kəndində düşmənin drondan atdığı qumbaranın partlaması nəticəsində yaralandığını bildirib. Qeyd edib ki, hadisə zamanı yanında olmuş Mürsəl Əlizadə və Elman Süleymanov da xəsarət alıb.
Nicat İsgəndərov Şuşada Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət aldığını söyləyib.
Fuad Əmirov Şuşa rayonunun Xəlfəli kəndində düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Vurğun Sayılov Şuşa-Xankəndi istiqamətində düşmən atəşi nəticəsində yaralandığını söyləyib.
Şükür Əskərov yaralıları təxliyə edən zaman düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş deyib ki, təxliyə maşınının üzərində onun tibbi nəqliyyat vasitəsi olduğunu göstərən nişan olub. Buna baxmayaraq, nəqliyyat vasitəsi atəşə tutulub.
Kamran Talıblı Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində xəsarət aldığını söyləyib. O deyib ki, hadisə zamanı həyatını itirən və özündən başqa xəsarət alanlar da olub.
Cahid Asdanov ifadəsində yaralıları daşıyırkən düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandığını bildirib.
Elgün Yusifli Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşi nəticəsində yaralandığını bildirib.
Zərərçəkmiş şəxs təqsirləndirilən R.Vardanyanın suallarına cavabında onunla tanışlığının olmadığını, sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını deyib.
İfadə verən zərərçəkmiş şəxs Elnur Xəlilov Xankəndidə düşmənin açdığı atəş nəticəsində hər iki ayağından yaralandığını bildirib.
Zərərçəkmiş Xalid Həsənov ifadəsində Xocavənd rayonu ərazisində düşmənin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. O, hadisə zamanı düşmənin müxtəlif silahlardan atəş açdığını bildirib.
R.Vardanyan X.Həsənova da oxşar sual verərək onu tanıyıb-tanımadığını soruşub. Zərərçəkmiş şəxs isə onu sosial şəbəkələr və mətbuat vasitəsilə tanıdığını bildirib.
Vüqar Məmmədzadə Xocavənddə düşmənin açdığı atəşlər nəticəsində özünün və yaxınlığındakı şəxslərin yaralandığını bildirib. Hadisə zamanı iki nəfər həlak olub.
Osman Cabbarlı Xocalı istiqamətində düşmənin açdığı atəş nəticəsində yaralandığını söyləyib.
Rövşən Əzimli ifadəsində Xocalı-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.
İfadə verən digər zərərçəkmiş şəxslər - Mirdamət Xankişiyev, Anar Əsgərzadə, Mürsəl Əlizadə, Cabbar Cabbarzadə, Qalib Məmmədov, Qismət Əhmədov, Vüsal Məmmədov, Elsevər Qədirov, Arzuman Xankişiyev, Məhəmməd Abdullayev Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atəşləri nəticəsində müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.
Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur(Report).
Sabiq deputat həbs olundu - Ərdoğanın keçmiş silahdaşı idi
"Qalatasaray"ın hücumçusu ingilislərin "gözünə girdi" - 40 milyon avroluq təklif var
Partiya sədrindən Türkiyə parlamentindəki şüara sərt reaksiya: "Başlarını əzəcəksən!"
Türkiyədə morqda meyitlər qarışdırılıb və...
Tahir İmanov qardaşı ilə bağlı sükutu pozdu - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail hərbçiləri İordan çayının qərb sahilinə basqın edib - 5 nəfər həbs olunub, bir yaralı var
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
"Qonaqlara şərait yaradın” - İlham Əliyev yerli media nümayəndələrinə belə səsləndi (VİDEO)
Səfir Qüdsi Osmanov Rumıniyanın təhsil naziri ilə görüşüb - Açıqlama
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmişlərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
"Azercell" "Amazon" ilə tərəfdaşlıq qurur
Liderlər Qəbələdə naharda - FOTOLAR
Zamanın dərinliklərindən gələn real həyat nümunəsi – “Sirli gedişlər” kitabı və yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı təşəkkül izi
Şimali Koreya lideri: "Rusiya ilə müttəfiqlik daha da möhkəmlənəcək"
Tələbə krediti üçün ayrılan vəsaitin məbləği artırılıb
Füzulidə məscidin təməli atılıb - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Papua Yeni Qvineyada güzlü zəlzələ oldu - 6,6 bal gücündə
Polis III MDB Oyunlarında sutkalıq xidmətdə - VİDEO
Kamran Ağayev milli komandadan uzaqlaşdırılıb
Bakıda dələduzluq edən şəxslər saxlanılıb
MHP sədri güllələnən vəkillə bağlı sualı cavablandırmadı - FOTO
DEPUTATLAR TOPLANIR: 14 məsələ müzakirə olunacaq - SİYAHI
İlham Əliyev TDT Dövlət Başçıları ilə görüşdə: "Vahid güc mərkəzi kimi çıxış etməliyik" - Prezidentin çıxışı + CANLI YAYIM (YENİLƏNİR)
“Əmək pensiyaları haqqında” yeni qayda: nələr dəyişəcək? - DETALLAR
Qazaxıstan lideri Bəxtiyar Vahabzadədən sitat gətirdi: "Türkün Türklə ədavətə haqqı yox!"
9 oyun əvvəl təyin olunan baş məşqçi istefaya getdi
Montella: "Çox vacib iki oyun keçirəcəyik, məqsədimiz..."
Tokayev: Qazaxıstan "TDT+" formatının yaradılmasını dəstəkləyir
Ərdoğan: "Türkmənistanı TDT-də tamhüquqlu üzv kimi görmək istəyirik"
"Macarıstan strateji planda Azərbaycanın yanındadır" - Viktor Orban
Qurbanqulu Berdiməhəmmədov: "TDT qardaş xalqların təşkilatıdır"
"Bunun üçün Daşkənddə ofis təsis etməyə hazırıq" - Şavkat Mirziyoyevdən liderlərə yeni təklif var
TDT liderləri Qəbələdə qeyri-rəsmi görüşdə - FOTOLAR
Özbəkistan prezidenti: "Bu, bütün Türk xalqlarının zəfəridir"
Fizika üzrə Nobel mükafatçılarının adları açıqlandı - SİYAHI
Ərdoğan Qəbələdə: "Biz mövqe nümayiş etdirməliyik"
"Kapital Bank"ın işçisi müştərinin şəxsi məlumatlarını üçüncü tərəfə ötürüb - Bank sensasion iddianı təsdiqlədi və... (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
FİFA Türkiyə klubunu yenə cəzalandırdı - Daha 6 xal silinib
Türkiyədə daha bir Baş məşqçi istefaya göndərildi
BMT: "Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq"
Ərdoğan Qəbələdə belə qarşılandı - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz