İsrail hərbçiləri İordan çayının qərb sahilinə basqın edib - 5 nəfər həbs olunub, bir yaralı var

img

07-10-2025 [22:34]


İsrail ordusu İordan çayının qərb sahilində bir çox bölgələrə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu hqqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, Cenin Ərəbə qəsəbəsinə basqın zamanı bir uşaq yaralanıb, 5 nəfər isə saxlanılıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən isə bildirilib ki. yaralanan uşağın 12 yaşı var: "Onun vəziyyəti orta ağır qiymətləndirilir".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA