Bakıda dələduzluq edən şəxslər saxlanılıb

img

07-10-2025 [16:00]


Bakının Nəsimi və Nizami rayonlarında dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxslər üç nəfər paytaxt sakinini aldadaraq ümumilikdə 28 min 350 manatlarını ələ keçirib.

Vətəndaşların polisə müraciətləri əsasında keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Yadullayev, 38 yaşlı R.Musayev və əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı N.Vəliyeva müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA